“Müharibə heç kimə xeyir vermir” - Ərdoğan

23:19 16.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

 

Hafta.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Tərəflər Ukrayna-Rusiya müharibəsini müzakirə edib.

 

Ərdoğan tezliklə daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə xeyir vermədiyini bildirib.